`Ölkəmi bu cür görməyə dözə bilmirəm` - Avropanı sarsıdan şəkil

`Ölkəmi bu cür görməyə dözə bilmirəm` - Avropanı sarsıdan şəkil
  06 İyul 2015    Oxunub:11301
Ümidsizlikdən ağlayan yunan təqaüdçünün şəkli sosial şəbəkələrdə böyük rezonans doğurub.

Saloniki şəhərində yaşayan Yorqos Çatçifodias adlı 77 yaşlı təqaüdçü bir neçə bankdan arvadının pensiya pulun çıxarmağa çalışsa da, hər yerdə imtina ilə üzləşib və sonda ümidsizliyə qapılaraq, yerə oturub, ağlamağa başlayıb.

- Mən görürəm ki, Yunanıstan vətəndaşları çörək ala bilmək üçün qəpik-quruşa möhtac qalıb. Görürəm ki, intiharlar getdikcə artır. Ölkəmi bu cür görməyə dözə bilmirəm,- deyə Yorqos AFP-yə bildirib.

O, həmçinin deyib ki, evindən 80 kilometr kənarda olan seçki məntəqəsinə getmək üçün pulu yoxdur.

Qeyd edək ki, iyulun 1-dən bu yana defolt təhlükəsilə bağlı olaraq Yunanıstanda banklar heç kimə nəğd pul vermirlər. Bu, xüsusilə də təqüdçülərə pis təsir edib.

Tariyel
AzVision.az


Teqlər:  





Xəbər lenti