Bu gün öpüş günüdür
Tədqiqatçılar iddia edirlər ki, öpüşmə arıqlamağa da kömək edir. Onların hesablamalarına görə, 2 dəqiqəlik ehtiraslı öpüş zamanı 2 kalori yanır. Öpüş qırışların profilaktikası üçün də əla vasitədir: o, üzün 30-a yaxın əzələsini hərəkətə gətirir. Bundan başqa, öpüş ağciyərlərin işini yaxşılaşdırır, kariesin profilaktikası hesab edilir.
Berlin Universitetinin psixoloqların müəyyən ediblər ki, səhərlər 20 saniyəlik 3 öpüş romantik əhval-ruhiyyəni bütün gün ərzində qoruyub saxlamağa qadirdir. Müxtəlif yaş qruplarına aid olan 100-dən çox cütlük üzərində aparılan müşahidələr göstərib ki, ideal öpüşün müddəti - 3 dəqiqədir.
Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir - "ən uzun öpüş", "ən gözəl öpüş" və s. Minlərlə insan bu müsabiqələrdə iştirak etmək üçün həmin gün şəhərlərin əsas meydanlarına çıxırlar. Yeri gəlmişkən, ən uzun öpüş rekordu 2012-ci ilin fevralında Tailandda qeydə alınıb. Həmin öpüşün müddəti 50 saat 25 dəqiqə 1 saniyə olub.