Çipras Putinlə danışıqlara başlayır

  06 İyul 2015    Oxunub : 2228
Çipras Putinlə danışıqlara başlayır
Yunanıstan baş naziri Aleksis Çipras gün ərzində Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacaq.
AzVision.azxəbər verir ki, bu barədə “Reuters” agentliyi yunan hökumətində olan mənbəyə istinadən xəbər verir.

“Çipras və Putin Avroqrupun görüşündə fasilə zamanı telefonla danışacaqlar”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, danışıqların təşəbbüskarı Rusiya prezidenti olub.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, rəsmi Afina Moskvadan maliyyə yarıdımı istəməyib.

Qeyd edək ki, ötən gün keçirilən referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: