Almaniyada türk `casus`ların məhkəməsi başladı
AzVision.az “Focus”a istinadən xəbər verir ki, Türkiyə konsulu Sehad Aksen casusluqda ittiham olunan Taha Gergerilioğlunun yanında olduqlarını və bu olayın hədsiz böyüdüldüyünü bildirib. Almaniya tərəfi isə diplomatın məsələyə qarşımasını alman hüquq sisteminə müdaxilə kimi qiymətləndirir.
İttiham olan digər iki şəxsdən biri - G. Gökselin hesabına MİT rəhbəri Hakan Findan tərəfindən 25.000 avro vəsaitin köçürüldüyü iddia olunmaqdadır.
Almaniyanın “Focus” jurnalı iddia edir ki, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Findan Almaniyada çox güclü casusluq şəbəkəsi qura bilib. Belə ki, səfirlik, Konsulluq, turizm sektoru, bank sahəsi, ibadət evləri və mətbuat sferasında çoxlu türk casusu çalışmaqdadır. Nəşr iddia edir ki, Milli İstihbarat Təşkilatı Almaniyada doğulmuş və böyümüş türk gəncləri seçərək, casusluq işinə cəlb edir.
Fərrux Həsənov
AzVision.az