Doğu Perinçək: Amerika Türkiyəni parçalamaq istəyir – EKSKLÜZİV
- Türkiyə demokratik yolla bölünür. Gördünüz, seçkidən dərhal sonra Suriyanın şimalındaki Kürd koridoru Amerika və İsrail tərəfindən açılır. Yəni bir yandan içəridən dinc, demokratik yolla bölürlər, HDP-niŞ deməli, elə PKK-nı məclisin göbəyində oturdurlar. Digər yandan da xaricdən Türkiyəni silahlı təhdid edirlər. Xaric və daxildəki qüvvələr birləşdirilib, Türkiyəni təhlükəyə sürükləyir. Bir sözlə, Amerika Türkiyənin bölünməsi üçün təşəbbüs göstərir. Seçkinin ən önəmli nəticəsi budur.
- HDP ilə PKK-nı eyni tutmaq nə dərəcədə düzgündür?
- Onlar eyni örgütdürlər. HDP PKK-nın silahsız qanadıdır. Amerika Vətən Partiyasından qorxur. Ergenekon və Balyoz davasında da Vətən Partiyası hədəf alınmışdı. Çünki Amerika Vətən Partiyasının böyüməsini istəmir. CHP Atatürk xəttindən çıxıb, qlobal mərkəzlərin kontroluna girdi. AKP-dən daha amerikapərəst bir partiya oldu.
- İndi ağıllarda ən çox AKP-MHP koalisiyası var...
- Amerika belə bir koalisiyanı istəməz. Amerika AKP-CHP kolalisiyası istər. Çünki MHP ilə koalisya daha milli olar. CHP indi təşviş içindədir. Çünki əgər MHP ilə koalisya olsa, CHP hökümət dışında qalar. Yəni CHP əriyər.
Seymur Süleymanov
AzVision.az üçün
Teqlər: