TƏCİLİ: Yunanıstana kredit veriləcək
AzVision.az “Die Welt” qəzetinə istinadən bildirir ki, yunan banklarına lazımi kreditin verilməsilə bağlı qərar çıxarılıb. Kredit əvvəlki qaydaların qalması şərtilə veriləcək.
“Welt” əlavə edir ki, hələlik Yunanıstanda banklar həftənin çərşənbə gününə kimi bağlı qalmalıdır.
Xatırladaq ki, dünən keçirilən referendumda yunan xalqı kredit üçün qoyulan ağır şərtlərə `yox` demişdi. Beləcə, Yunan xalqı Avropa Birliyinə qalib gəlmiş sayıla bilər.
Fərrux Həsənov
AzVision.az üçün