Olland Yunanıstan qarşısında şərt qoydu
“Yunanıstan üçün danışıqlar qapısı açıqdır. Yunanıstanın avrozonada qalması üçün Aleksiz Tsiprasın hökuməti konkret təkliflər irəli sürməlidir. Biz yunan xalqının seçiminə ehtiramla yanaşırıq. Lakin danışıqlar üçün vaxt məhduddur”, deyə F.Olland bildirib.
Onun sözlərinə görə, iyulun 7-də Yunanıstan böhranı ilə əlaqədar avrozona sammiti keçiriləcək. “Hazırkı məqamda həmrəylik və məsuliyyətlik arasında balansa riayət edilməlidir”, - Fransa prezidenti əlavə edib.
Teqlər: