Saakaşvilinin maaşını ABŞ verəcək
Mənbənin məlumatına görə, tərəflər ABŞ polisinin odessalı həmkarlarına təlim keçməsinə dair razılığa da gəliblər.
“Həmçinin, Odessa anti-korrupsiya proqramı çərçivəsində ABŞ hökuməti Saakaşvilinin yeni komandasını maliyyələşdirməyə razılıq verib”, - deyə məlumatda bildirilir.
Maliyyələşdirmənin konkret olaraq hansı həcmdə olması barədə məlumat verilmir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet Mixail Saakaşvilinin komandasının Odessadakı işinin uğurlu olması üçün əlindən gələni edəcəyini bildirmişdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: