Qondarma `nazir` Qarabağda yoxlamalara başladı

  07 İyul 2015    Oxunub : 2094
Qondarma `nazir` Qarabağda yoxlamalara başladı
Qondarma `Dağlıq Qarabağ Respublikası` ordusunda kompleks yoxlamalar başlayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, yoxlamalara yeni təyin olunan `müdafiə naziri` general-leytenant Levon Mnaçakanyan başçılıq edir.

Məlumatda həmçinin, yoxlamalara Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuriy Xaçaturov və hərbi inspektoru Mikael Arutyunyanın nəzarət etdiyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: