Sabiq təhsil naziri axtarışa verildi

Sabiq təhsil naziri axtarışa verildi
  07 İyul 2015    Oxunub:3917
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) sabiq təhsil naziri Dmitriy Tabaçniki axtarışa verib.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Tabaçnik dövlət büdcəsindən 2,8 milyon qriven və ya 137,647 manat mənimsəməkdə ittiham olunur. İstintaqın versiyasına görə, bu pullar dövlət sifarişi əsasında dərslik vəsaitlərinin hazırlanması zamanı mənimsənilib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və ölkənin sabiq baş naziri Nikolay Azarov da axtarışa verilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti