ABŞ-dan Qarabağ açıqlaması: “Rusiya və Fransa ilə işləməyə hazırıq”

ABŞ-dan Qarabağ açıqlaması: “Rusiya və Fransa ilə işləməyə hazırıq”
  07 İyul 2015    Oxunub:2352
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiya və Fransa ilə birgə işləməyə hazırdır.

AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.

“Vaşinqtonda keçirilən danışıqlarda həmsədrlərə bəyan etdik ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya və Fransa ilə işləməyə hazırıq”, - deyə Uorlik yazıb.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti