Sabiq qubernator ABŞ prezidenti olmaq istəyir

Sabiq qubernator ABŞ prezidenti olmaq istəyir
  08 İyul 2015    Oxunub:2557
ABŞ-ın Virciniya ştatının sabiq qubernatoru (1998-2002) Cim Qilmor avqustun əvvəllərində prezidentliyə namizədliyini irəli sürəcək.
Respublikaçılar Partiyasından olan sabiq qubernator 2008-ci ildə də prezidentliyə namizədliyini irəli sürüb. Lakin partiyadaxili rəqabətdə o, senator Con Makkeynə məğlub olub.

“Mənim başqalarında olmayan təcrübəm var”, – deyə C.Qilmor jurnalistlərə bildirib. Onun sözlərinə görə, digər respublikaçı-namizədlər ölkənin üzləşdiyi milli təhlükəsizlik və iqtisadiyyat kimi problemlərdən danışmırlar.


Teqlər:





Xəbər lenti