Separatçıların lideri Londonda, azərbaycanlılar etiraz edir – FOTOLAR, VİDEO

Separatçıların lideri Londonda, azərbaycanlılar etiraz edir – FOTOLAR, VİDEO
  08 İyul 2015    Oxunub:11140
Hazırda Londonda Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu - “Chatham House”un təşkilatçılığı ilə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın spikerliyilə “Dağlıq Qarabağ: daxili inkişaf və regional çağırışlar” mövzusunda müzakirə başlayıb.



Xatırladaq ki, “Chatham House” bununla bağlı öz saytında bu barədə elan yerləşdirmiş və Bako Saakyanı “Dağlıq Qarabağ Respublikasının de-fakto prezidenti” kimi təqdim etmişdi.



Saytda deyilirdi ki, B.Saakyan Dağlıq Qarabağda daxili siyasi vəziyyətlə bağlı məlumat verəcək, regionda təhlükəsizlik və müxtəlif oyunçular arasında münasibətlər barədə fikirlərini bölüşəcək, 1 saat ərzində sualları cavablandıracaq.



Bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub və ona qəti etiraz bildirilib.

Azərbaycan tərəfinin sərt reaksiyasından sonra bu elan saytdan götürülsə də, təəssüf ki, tədbir ləğv olunmayıb.



Hazırda Saakyanın Londona səfərinə ertiraz edən soydaşlarımız orada etiraz aksiyası keçirirlər.





AzVision.az


Teqlər:  





Xəbər lenti