Yay Olimpiya Oyunları Bakıda keçirilə bilər

Yay Olimpiya Oyunları Bakıda keçirilə bilər
  08 İyul 2015    Oxunub:3184
Azərbaycan Milli Olimpiya Komitəsi 2024-cü il yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyini irəli sürüb.
Bu barədə AzVision.az`İTAR-TASS`-a istinadən xəbər verir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizəd şəhərlərin ərizələrini yanvarın 15-indən qəbul etməyə başlayıb. Ərizələrin qəbulu sentyabrın 15-nıə qədər davam edəcək. 2017-ci il BOK-un Perunun paytaxtı Limada keçiriləcək 130-cu sessiyasında 2024-cü il Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq.

Olimpiyadanın keçirilməsi uğrunda Roma, Hamburq, Boston, Paris və Bakı mübarizə aparacaq. Yaxın zamanlarda İstanbul və Budapeştin də öz namizədliyini irəli sürəcəyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti