Çin birjalarında kəskin eniş başlayıb

Çin birjalarında kəskin eniş başlayıb
  08 İyul 2015    Oxunub:1895
Bu günün əsas iqtisadi xəbərləri Çindən gəlir. Burada birjaların son illərdə ən kəskin enişi qeydə alınıb.
AzVision.azazertag-a istinadən xəbər verir ki, bu gün Şanxay birjasının indeksi 8 faiz aşağı düşüb. Hələ iyunun ortalarında Çinin fond bazarı il ərzində 100 faiz artım göstərərək 7 ilik rekord göstərici əldə etmişdi. Bundan sonra qiymətləri kəskin surətdə düşməyə başlayan iki əsas indeks – Şanxay və Şençjen birjaları 30 faizə qədər itkiyə məruz qalıb və bazar 3 trilyon dollar ziyana düşüb.

Analitiklər bunun 1992-ci ildən bəri ən güclü eniş olduğunu bildirirlər. Çinin maliyyə nazirliyi birjalarda təlaşın hökm sürdüyünü etiraf edib. Ekspertlərin fikrincə, bu, saxtakarların şişirdiyi sabun köpüyünün partlaması deməkdir. Belə ki, Çinin iqtisadi artımının tempi fond birjasının inkişafından xeyli az olub və reallığı əks etdirməyib.

Çinin mərkəzi bankı təcili tədbirlər görməyə başlasa da, bu hadisələrin inkişafına elə də güclü təsir göstərmir. Artıq 1,5 min korporasiya ÇXR-in iki əsas birjasında aksiya əməliyyatlarını dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti