Gürcü keşiş niyə Azərbaycan vətəndaşı olmaq istəmədi?

Gürcü keşiş niyə Azərbaycan vətəndaşı olmaq istəmədi?
  09 İyul 2015    Oxunub:3600
Arximandrit Demetre Tetruaşvili Gürcüstan prezidentinə Azərbaycan vətəndaşlığını aldığı təqdirdə, onun gürcü vətəndaşlığının saxlanılmasına dair müraciət edib.
AzVision.az-ın məlumatına görə, bu barədə oxu.Az Gruziya onlayn-a istinadən xəbər verir.

Arximandrit bəyan edib ki, müvafiq müraciəti prezident administarsiyasına bu gün təqdim edəcək. Arximandritin sözlərinə görə, o, Qaxda xidmətini davam etdirməyə ikili vətəndaşlıq aldığı halda hazırdır.

“Qaxda fəaliyyəti davam etdirmək üçün Azərbaycan vətəndaşlığını qəbul etmək lazımdır. Təhlükəsizlik məqsədi ilə mən Gürcüstan vətəndaşlığını itirmək müqabilində Azərbaycan vətəndaşlığını almaqdan imtina edirəm.

Bu halda Azərbaycan tərəfindən bizə olan təsir daha güclü olacaq. Ona görə də mən Gürcüstan prezidentinə, Azərbaycan vətəndaşlığı aldığım halda mənim gürcü vətəndaşlığımın saxlanılmasına dair müraciət etmişəm”, - arximandrit Demetre Tetruaşvili bəyan edib.

Azərbaycanın Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetre iyun ayının 21-də Gürcüstandan Azərbaycana qayıdan zaman “Laqodexi-Balakən (Balakən)” sərhəd keçid məntəqəsində problemləri yaranıb.

Beləliklə də, Azərbaycan qanunvericiliyində sərt tənzimləmə yaradılıb, məhz bu qanunvericiliyin əsası olaraq Azərbaycan ərazisində ruhani yalnız Azərbaycan vətəndaşı olmalıdır və gürcü keşişinin ölkə ərazisinə buraxılmasında yaranan problemə səbəb də bu olub.

Qeyd etmək lazımdır ki, uzun illər ərzində Azərbaycan tərəfi gürcü tərəfi üçün güzəştə gedirdi, halbuki digər dini qurumların ruhaniləri Azərbaycan vətəndaşıdırlar.

Gürcü tərəfinin xahişi əsasında Azərbaycan tərəfi 2015-ci ilin iyun ayının 1-nə qədər yuxarıda göstərilən qanunun tələblərinin yerinə yetirilməsini təxirə salırdı.

Müddət bitdikdən sonra Azərbaycan, gürcü keşişinin Azərbaycan ərazisində dini fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin hazırlanmasını tələb edib.


Teqlər:





Xəbər lenti