Prezidentin qardaşı vəfat etdi

Prezidentin qardaşı vəfat etdi
  09 İyul 2015    Oxunub:3028
Qırğızıstan prezidenti Almazbaek Atambayevin qardaşı vəfat edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qardaşının ölümünə baxmayaq Qırğızıstan prezidenti geçikmə ilə olsa belə Rusiyanın Ufa şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) samitində iştirak edəcək.

`Böyük qardaşının vəfatı ilə əlaqədar olaraq prezident Ufaya planlaşdırılan uçuşunu bir neçə saatlıq təxirə salır. Qırğızıstan prezidentinin axşam Saatlarında Başqırdıstanın paytaxtına səfər edəcəyi gözlənilir`, - deyə Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti