Ermənilər Qarabağda uduzduqlarını etiraf edir – FOTOFAKT

Ermənilər Qarabağda uduzduqlarını etiraf edir – FOTOFAKT
  09 İyul 2015    Oxunub:7132
Dünən Dağlıq Qarabağ separatçılarının `prezidenti` Bako Saakyanın Böyük Britaniyanın Beynəlxalq Münasibətlər Kral İnstitutu - “Chatham House”un keçirdiyi seminarda iştirakı sosial şəbəkələrdə azərbaycanlıların ciddi etirazına səbəb olub.

Xüsusilə də Twitter mikrobloq şəbəkəsində gedən müzakirələrdə azərbaycanlılar xeyli aktiv olublar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan tvitlərin tag olunduğu # NKpeace haştaqında azərbaycanlı istifadəçilər erməniləri xeyli üstələyib.

Azərbaycanlı tvitter istifadəçiləri həmin haştaqda Qarabağ separatçılarını və Ermənistan hökumətini ifşa edən xeyli fikirlər, şəkillər, videolar paylaşıblar. Demək olar ki, haştaq tam şəkildə azərbaycanlıların nəzarətində olub.



Azərbaycanlıların bu aktivliyi, təbii ki, erməni bloqqerlərin xoşuna gəlməyib. Twitter-də Qarabağ və antiAzərbaycan mövzusunda ən aktiv erməni bloqqerlərdən biri – jurnalist Sedrak Mkrtçyan yazdığı tvitdə etiraf edib ki, azərbaycanlılar # NKpeace haştaqını ələ keçiriblər, ona görə də gərək ermənilər başqa bir haştaq yaratsınlar.

AzVision.az


Teqlər:





Xəbər lenti