`Azərbaycana təşəkkür edin` - Rusiyanın idman naziri

`Azərbaycana təşəkkür edin` - Rusiyanın idman naziri
  09 İyul 2015    Oxunub:2803
Avropa Oyunlarını yüksək səviyyədə keçirən Azərbaycana təşəkkür etmək lazımdır. Bu idmanın, ümumilikdə infrastrukturun inkişafına istiqamətlənən böyük işdir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya idman naziri Vitaliy Mutko jurnalistlərlə görüşü zamanı bildirib.

“Ölkələrin böyük yarışları necə aldığına dair mübahisə etmək əvəzinə, bu məsuliyyəti öz üzərlərinə götürdüklərinə görə, onlara təşəkkür etmək lazımdır. Onlar qarşısında hörmət əlaməti olaraq papaq çıxarmaq lazımdır`.

Qeyd edək ki, 17 gün (12 -28 iyun) ərzində Bakıda 20 idman növü üzrə davam edən Avropa Oyunları həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.

Belə ki, Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edib. Ölkəmizə “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti