Ermənistanda xalq arasında parçalanma

Ermənistanda xalq arasında parçalanma
  09 İyul 2015    Oxunub:2553
Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin yüksəldilməsinə qarşı baş qaldıran “Talana yox” hərəkatının fəalları Azadlıq meydanında bu gün keçirilməsi nəzərdə tutulan mitinqdə iştirak etməkdən imtina ediblər.
Hərəkatın koordinatorlarından biri Vaqinak Şuşanyan belə bir bəyanatla çıxış edib. Şuşanyan bildirib ki, hazırkı aksiya iştiakçıları ilə Azadlıq meydanı fəalları arasında, əslində, heç bir fikir ayrılığı yoxdur. “Biz dostuq. Bizim, sadəcə, hazırkı məqsəd və tapşırığımızla onların məqsədi üst-üstə düşmür”.

Bununla belə, Şuşanyan qeyd edib ki, hərəkatın fəalları fərdi şəkildə mitinqə qoşula bilərlər. “Talana yox” hərəkatının fəalları isə, iyul ayının 14-də Ermənistanın baş prokurorluğu qarşısında mitinq keçirməyi planlaşdırır. Təşkilatçılar iyun ayının 23-də keçirilən zamanı fəallara qarşı güc tətbiq edən təhlükəsizlik xidməti əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

Polislər qarşıdurmalar nəticəsində 18 nəfər xəsarət almış, 237 nəfər həbs olunmuşdu.

Hazırda İrəvan küçələrində stabillik bərpa olunub. Lakin məlumata görə, bir neçə fəal opera teatrının qarşısında aclıq aksiyasını davam etdirir. (Ans)


Teqlər:  





Xəbər lenti