`Rusiya əsas təhlükədir` - Amerikalı nazir

`Rusiya əsas təhlükədir` - Amerikalı nazir
  09 İyul 2015    Oxunub:2390
ABŞ Hərbi-Hava Qüvvələri (HHQ) naziri Debora Ceyms Rusiyanı ABŞ Milli Təhlükəsizliyi üçün əsas təhlükədir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir həmçinin Avropada ABŞ hərbi kontingentinin artırılmasına dair çağırış da edib.

Nazir vurğulayıb ki, ABŞ Moskvanın narahatlıq doğuran son addımlarına Avropada əlavə hərbi qüvvə yerləşdirməklə cavab verir: “Biz Avropada “F-16” qırıcılarının yerləşdirilməsinə davam edəcəyik. İndi Rusiyanın bu əməlləri qarşısında qətiyyətsizlik göstərmək vaxtı deyil”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti