Azərbaycanlı milyarderin əmlakına həbs qoyuldu

Azərbaycanlı milyarderin əmlakına həbs qoyuldu
  09 İyul 2015    Oxunub:5039
Rumıniyanın Ploeşti şəhərinin apelyasiya palatası “Lukoil Europe Holdings Bvatrium Olanda” şirkətinin əmlakına həbs qoyub.
Prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin Rusiyanın "Lukoyl" şirkətinin hesabları da dondurulub.

Məhkəmənin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, bu addım çirkli pulların yuyulması və vergidən yayınma işi üzrə istintaq çərçivəsində gerçəkləşdirilir.

Oktyabr ayında Rumıniya polisi “SC Petrotel Lukoil S.A. Ploiesti” şirkətinin zavodunda və ofislərində axtarışlar aparıb. Prokurorluq iddia edir ki, indi yeni şübhəlilər peyda olub. Onların sırasına şirkətin başçısı və daha beş əməkdaş daxildir. Şübhəlilərdən ikisi Rusiya vətəndaşıdır.

Ümumiyyətlə, cinayət işi ilə bağlı 23 reyd keçirilib. Bu çərçivədə səhmlərinin 97 faizi "Lukoyl"a məxsus olan Petrotel" də də axtarış aparılıb.

İstintaqın ilk vaxtlarında şübhəlilərin vurduğu zərər 200 milyon avro həcmində qiymətləndirilirdi. Amma indi prokurorluqda ehtimal edirlər ki, dəyən zərər milyardlarla ölçülür.

"Lukoyl" hələ ki, bu barədə xəbərləri şərh etməyib. Ümumiyyətlə, 2014-cü ildə şirkətin işi düz getməyib. “Lukoyl” prezidenti Vahid Ələkbərov keçən il şirkətin 2 milyard dollar itirdiyini vurğulayıb.

Rumıniyadan başlanan küləyin azərbaycanlıya məxsus Rusiya şirkətinə nə qədər zərər vuracağı hələ ki məlum deyil. (ans)


Teqlər:





Xəbər lenti