Rusiyalı milyonçu niyə Qarabağa gedib?
Rusiyalı iş adamının köməkçisi Polina Sirota fermerin ötən şənbə günü Qarabağa yollandığını bildirib.
“O, Dağlıq Qarabağa gedib, nə zaman qayıdacağı məlum deyil, lakin mütləq qayıdacaq. Onu çıxıb getməyə ciddi səbəblər məcbur edib”, - biznesmenin köməkçisini Russkaya Slujba Novostey iqtibas edir.
Rusiya KİV-ləri Sterliqovun avtomobilləri və fermer təsərrüfatının satışa qoyulduğunu bildirir.
REN TV-yə müsahibədə German Sterliqov deyib ki, Qarabağda “kənd təsərrüfatını inkişaf etdirmək” niyyətindədir. Onun arvadı Alyona isə, Sterliqovun sözlərinə görə, sevimli işi ilə məşğuldur.
“Mən hələ müəyyənləşməmişəm, arvadım isə artıq paltar tikir. O, tezliklə burada Alyona Sterliqovanın Qarabağ yüksək moda evini açacaq”, - biznesmen deyib.
Rusiya mətbuatı Sterliqovun ölkədən getməsinin səbəblərindən biri kimi BORN – Rus Millətçilərinin Döyüş Təşkilatı – qruplaşmasına qarşı araşdırmada onun adının hallandırıldığını xatırladır.
Teqlər: