Erməni mediasının Saakyan yalanı ifşa olundu - FOTOFAKT

Erməni mediasının Saakyan yalanı ifşa olundu - FOTOFAKT
  09 İyul 2015    Oxunub:6847
Erməni mediası tanınmamış Dağlıq Qarabağ rejiminin qondarma rəhbəri Bako Saakyanın Böyük Britaniya parlamentində olması və çıxış etməsi haqqında xəbər yayıb. Amma əslində hadisə qətiyyən belə olmayıb.

Britaniyadakı Azərbaycan diasporunun nümayəndəsi, hüquqşünas Kamran Balayevin AzVision.az-a verdiyi məlumata görə, o, Britanitya Parlamentinə tanınmamış bir separatçı qurumun, kriminal rejimin rəhbərinin necə dəvət oluna biləcəyi haqqında sorğu göndərib.

Kamran Balayevin sorğusuna Britaniya Parlamentinin adından rəsmi cavab verən Mett Ringer bildirib ki, Saakyanının ora rəsmi dəvətindən heç bir söhbət gedə bilməz. Sadəcə olaraq, Parlamentin hər bir üzvü fərdi qaydada Vestminister Sarayında otaq sifariş edə və orada hansısa görüş təşkil edə bilər. Saakyanın `görüşü` də bu cür olub. Bütün hallarda, Parlamentin adından Bako Saakyana heç bir rəsmi dəvət olmayıb və o, Parlamentin qarşısında çıxış etməyib.



Diasporumzun təmsilçisi AzVision.az-a bildirib ki, kriminal rejimin rəhbərinin səfərini Britaniya-Ermənistan Dostluq Qrupundan olan bir ingilis deputat təşkil edib. Parlamentin yerləşdiyi Vestminister Sarayı həm də muzey olduğu üçün, orada qonaqlara ekskursiya təşkil etmək imkanı var. Saakyan üçün də fərdi şəxs kimi ekskursiya təşkil olunub, otaqlarda gəzdirilib, sonra nahara dəvət ediblər. Heç bir rəsmi görüş baş tutmayıb.

Beləliklə, aydın olur ki, bu xəbər də erməni təbliğat maşınının növbəti uydurmasından başqa heç nə deyil.

AzVision.az



Teqlər:  





Xəbər lenti