Azərbaycanlı iş adamı İranda edam edilə bilər

Azərbaycanlı iş adamı İranda  edam edilə bilər
  09 İyul 2015    Oxunub:3467
Zəncaninin cinayət işinə bu günə qədər bir çox edam qərarına imza atmış hakim baxacaq.
randa dələduzluq yolu ilə 2 milyard 800 milyon dollar dəyərində dövlətə ziyan vurmaqda günahlandırılan iş adamı Babək Zencani edam edilə bilər. ANS PRESS-in məlumatına görə, Zencaninin cinayət işi üzrə 200 səhifəlik iddianamə hazırlanıb.

Onun Türkiyədəki işlərini Rza Zərrab idarə edirdi. Türkiyədə hökümətə qarşı 17 dekabr 2013 korrupsiya cinayətlərində açar ad kimi hallanan iş adamı Rza Zərrabın İrandakı ortağı və ya sahibkarı kimi tanınan Babək Zencaniyə sanki dar ağacı qurulur.



İranlı milyarderin cinayət işi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə göndərilib. 2013-cü ilin dekabrında həbs olunan Zəncaninin cinayət işinə bu günə qədər bir çox edam qərarına imza atan bir hakim baxacaq. O, Əbul Kasım Salavatidir.

Mahmud Əhmedinejadın prezidentlik dövründə embarqo altındakı İranın pul köçürmələrinə nəzarət edən, İran neftini sanksiyaları aşmaq məqsədiylə qurulan şirkətlər vasitəsilə sataraq böyük bir sərvət sahibi olan Zencani, Türkiyədəki fəaliyyətini Rza Zərrabla reallaşdırırdı. Zərrab Zencani ilə əməkdaşlığını qəbul etmişdi.







Teqlər:





Xəbər lenti