Rusiya tarixində ilk dəfə - prezidentlər məsciddə görüşəcək
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da görüşlə bağlı məlumatı təsdiqləyib.
Prezidentlərin görüşünün məscidlərində baş verəcəyini İxlas məscidinin imam xətibi Məhəmməd Gallyamov da təsdiqləyib. "May ayında İran İslam Respublikasının səfiri Mehdi Sənayi ilə bir görüşümüz olmuşdur. Səfir İran prezidentinin bizim məscidi ziyarət edəcəyini bildirmişdi".
Qeyd edək ki, Ufa sammitində İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü də gündəmə gələcək.