Rüşvətxor FİFA məmuruna ömürlük qadağa
Təşkilatın bəyanatında deyilir ki, cənab Blazer vəzifədə olarkən müxtəlif qanun pozuntularına yol verib.
Bundan əvvəl Chuck Blazer 2010-cu ildə dünya futbol birinciliyinin Cənubi Afrikada keçirilməsi barədə qərar qəbul edilərkən həmkarları ilə yanaşı rüşvət aldığını etiraf edib.
Sabiq futbol rəsmisi korrupsiya işilə bağlı 2013-cü ildə saxlanılaraq istintaqa cəlb olunub.
May ayında isə ABŞ prokurorluğu yüksək rütbəli 14 FİFA rəsmisinə qarşı rüşvətxorluq, çirkli pulların yuyulması və güclə pul tələb etmə maddələrilə bağlı ittihamlar təqdim edib. (bbc)
Teqlər: