`Azərbaycan ŞƏT-ə qoşulacaq` - Putin
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.
`Azərbaycan, Ermənistan, Kamboca və Nepal dialoq üzrə tərəfdaşlar kimi ŞƏT ailəsinə qoşulacaqlar` - deyə Putin bəyan edib.
Rusiya lideri həmçinin başqa dövlətlərin də ŞƏT-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib: `Bir sıra ölkələr var ki, bu və ya digər formada bizim təşkilata qoşulmaq istəyirlər. Tələblərə uyğun olaraq onların müraciətləini diqqətlə nəzərdən keçirəcəyik`.
Bundan əlavə Rusiya prezidenti qeyd edib ki, təşkilata ilk dəfə olaraq yeni üzvlərin (Hindistan və Pakistan) daxil edilməsi proseduru işə salınır.
Eldar Tanrıverdiyev
AzVision.az