Bundestaqın spikerindən şok etiraf: `Soyqırımı törətmişik`

Bundestaqın spikerindən şok etiraf: `Soyqırımı törətmişik`
  10 İyul 2015    Oxunub:3214
Bunestaqın spikeri Norbert Lammert `Die Zeit` qəzetinə müsahibəsində ilk dəfə olaraq Kayzer Almaniyasının vaxtilə müstəmləkəsi olmuş Namibyada soyqırım törətdiyini etiraf edib.

AzVision.az xəbər verir ki, Bundestaqın spikeri müsahibəsində Kayzer Almaniyasının Şimali Afrikada, yəni indiki Namibya ərazisində “Herero” və digər yerli tayfalara qarşı törətdiyi qırğın nəticəsində 1.749 nəfərin ölümünün `əsl tarixi soyqırım` olduğunu dilə gətirib.

Həmçinin o, qeyd edib ki, həmin ərəfədə Almaniyanın Namibyada etdikləri etnik təmizləmədir, çünki “Herero”, “Nama” və digər tayfalardan 10.000-ə yaxın insan amansız şəraitdə öldürülüb. Onlara qarşı aç-susuz saxlamaqla, zorakı əməyə cəlb etməklə, eləcə də düşərgələrə toplayıb, zülüm etməklə soyqırım törədilib. Bugünkü beynəlxalq hüquq prinsipləri ilə Almaniyanın Namibyada etdikləri soyqırım göstəricisidir.

Xatırladaq ki, kayzer Almaniyası 1904-1908-ci illərdə Namibiyada ağılasığmaz vəhşiliklər törətib və nəticədə on minlərlə insan genosidə məruz qalıb. Almaniyanın Namibyadakı ekspansiyası 1915-ci ilin 9 iyul tarixində bitib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti