Nazarbayev: `Azərbaycan dəstəyə layiqdir`

Nazarbayev: `Azərbaycan dəstəyə layiqdir`
  10 İyul 2015    Oxunub:2349
Azərbaycan, Ermənistan, Belarus, Türkiyə və İran Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq istəklərini bildiriblər və onların müraciətlərinə baxmaq lazımdır
. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Ufa şəhərində ŞƏT-in sammitində çıxışı zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

`ŞƏT açıqlıq prinsipinə ciddi şəkildə əməl etməli öz cazibadarlığını saxlamalıdır. Azərbaycan, Ermənistan, Belarus, İran və Türkiyə təşkilatda aktiv şəkildə işləmək niyyətində olduqlarını bildiriblər. Hesab edirəm ki, bütün bu ölkələr dəstəyə layiqdirlər. Biz ŞƏT-in zəifləməsi yox, güclənməsi üçün təşkilatın konsepsiyası çərçivəsində bu ölkələrin müraciətlərini mərhələləli və diqqətli şəkildə nəzərdən keçirməliyik`, - deyə Nazarbayev vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti