Obamanın maskasında oğurluq

Obamanın maskasında oğurluq
  11 İyul 2015    Oxunub:2873
Kaliforniya polisi oğurluqda şübhəli bilinən iki şəxsi saxlayıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, River Robinson və Frenk Ernandes 29 may - 9 iyul tarixlərində ən azı 15 oğurluq hadisəsi törətməkdə günahlandırılırlar.

Maraqlı məqam ondan ibrətdir ki, canilər cinayət törədərkən üzlərinə Obamanın maskasını taxırdılar.

Onlar Kaliforniya ştatının 11 şəhərində mağaza və yanacaqdoldurma məntəqəlirini soyublar. Cinayətkarların izinə onların barmaq izləri vasitəsi ilə çıxıblar.

Polislər Robinsonun evində axtraış aparıb və 150 marixuana kolu aşkar ediblər. Canilərin ikisi də həbs edilib. Onların azadlığa buraxılması üçün 1 milyon dollar girov pulu təyin edilib.


Teqlər:





Xəbər lenti