ABŞ səfirliyinin işçisi döyülərək soyulub
İki nəfər onu yerə yıxaraq döyməyə başlayıb. Sonra onun ciblərindən bütün ən qiymətli şeyləri çıxardaraq hadisə yerindən qaçıblar. Daha sonra zərər çəkənin ABŞ səfirliyinin əməkdaşı olduğu bəlli olub.
“Saat 2:45-də naməlum şəxslər ABŞ vətəndaşını Moskvanın mərkəzində döyüb və soyublar. Soyğunçular hadisə yerindən qaçaraq gizlənməyi bacarıb”,- deyə paytaxt polisindən bildirilib.
Hüquq-mühafizə orqanları əcnəbinin Rusiyada ABŞ səfirliyinin texniki təminat mühəndisi olduğunu qeyd edib.
Məlum olub ki, hücum edənlər ondan içində 3 000 rubl, 60 dollar və səfirliyə buraxılış vərəqəsi olan pul qabını götürüblər. Artıq səfirliyin əməkdaşına tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.