İŞİD İtaliya konsulluq binasını partlatdı: 1 ölü, 10 yaralı

İŞİD İtaliya konsulluq binasını partlatdı: 1 ölü, 10 yaralı
  13 İyul 2015    Oxunub:2231
Misirdə İtaliya konsulluğunun binasında baş vermiş dağıdıcı partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşmasının silahlıları öz üzərinə götürüb.
AzVision.az-ın məlumatına görə, maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində azı bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Konsulluq binasının əksər hissəsi isə partlayış dalğasından uçub.

Konsulluqda iş günü olmadığından, itki sayı çox olmayıb. İnsidentdən sonra İtaliyanın baş naziri Mateo Renzi Misir prezidenti Fəttah Əs-Sissi ilə əlaqə saxlayaraq, hər iki ölkənin terror və fanatizmə qarşı çiyin-çinə mübarizə aparacağına söz verib.

Konsulluğ binasının partladılması, yerli güc strukturlarının təhlükəsizliy probleminin bir daha gündəmə gətiri və italiyanlar burda özlərini təhlükəsizlikdə hiss etmirlər.

anspress


Teqlər:





Xəbər lenti