İnternetdə uşaq satılır – 50 min manata (FOTO)

İnternetdə uşaq satılır – 50 min manata (FOTO)
  13 İyul 2015    Oxunub:7130
Türkiyədə internet vasitəsilə uşaq alveri həyata keçirilir.
AzVision.az xəbər verir ki, qeyri-rəsmi nigahdan uşaq dünyaya gətirən analar övladlarını xüsusi saytlar vasitəsilə satışa çıxarıb, küllü miqdarda pul alırlar.

Belə ki, internet üzərindən aparılan bazarlıq zamanı tərəflər qiyməti razılaşdırdıqdan sonra pul bank hesabına köçürülür və yeni dünyaya gələn körpə qanunsuz yolla ailəyə satılır.



Satışa çıxarılan uşaqların ilkin qiyməti isə Azərbaycan valyutası ilə 20 min manatdan başlayaraq 50 min civarında dəyişir.

Dövlət internet üzərindən uşaq alverinin qarşısını almağa çalışsa da qeyri-qanuni ticarətin qarşısını almaq mümkün deyil.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti