ABŞ-da atışma: İki nəfər yaralandı

ABŞ-da atışma: İki nəfər yaralandı
  13 İyul 2015    Oxunub:1378
Nyu-Yorkda musiqi festivalı zamanı naməlum şəxsin açdığı atəş nəticəsində iki yeniyetmə yaralanıb.
Bu barədə AzVision.az ` New York Times`-a istinadən xəbər verir.

Hadisə bazar ertəsi Bruklin rayonunda Mount Prospect Park parkında hind mədəniyyətinə həsr olunan musiqi festivalı zamanı baş verib. Naməlum şəxs 14 və 16 yaşlı yeniyetmələr ailələri ilə birlikdə festivalı tərk etməyə hazırlaşdıqları vaxt onları güllələyib.

Hazırda ABŞ polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti