`Avropa Yunanıstanla razılığa gəldi` - Baş nazir

`Avropa Yunanıstanla razılığa gəldi` - Baş nazir
  13 İyul 2015    Oxunub:2812
Avrozona sammiti Yunanıstana üçüncü kömək proqramı haqqında razılığın əldə olunması ilə yekunlaşıb.
AzVision.az Qərb KİV-nə istinadən xəbər verir ki, bu barədə Belçika baş naziri Şarl Mişel bildirib.

Bu proqramın uğurla həyata keçirilməsi Yunanıstanın avro zonasında saxlanılması anlamına gəlir.

`Kömək haqqında razılıq əldə olunub`, - deyə Belçika baş naziri bildirib.

Kompromis qərar Yunanıstanın baş naziri Aleksis Tsipras, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Avropa Şurasının sədri Donald Tuskun görüşü zamanı əldə olunub.

İlkin məlumatlara görə, Yunanıstana üç il ərzində 90 milyard avro ayrılmasını nəzərdə tutan makro maliyyə köməyi haqqında paketin Avroqrupun iyulun 15-i keçirilən iclasında qəbul ediləcəyi gözlənilir.

Yardım paketini almaq üçün Yunanıstan parlamenti, ƏDV-nin artırılması, pensiya islahatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi, müəssisələrin müflisləşməsi üzrə yeni qanunvericilik, Milli Statistika Agentliyinin müstəqilliyinə dair zəmanət və s kimi islahatlar paketini qəbul etməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti