Yerevanda Rusiya vətəndaşı qətlə yetirildi

Yerevanda Rusiya vətəndaşı qətlə yetirildi
  13 İyul 2015    Oxunub:2889
Ermənistan paytaxtı Yerevanda növbəti qətl hadisəsi baş verib.
Bu barədə AzVision.az `News.am`-a istinadən xəbər verir.

Məlumata əsasən iyulun 12-i Təcili Tibbi Yardım Xidmətinə Oqanova küçəsi mənzil 17 ev 14-də kişi meyitinin olması ilə bağlı siqnal daxil olub.

Hadisə yerinə gələn həkimlər evdə üzərində güllə yaraları olan 46 yaşlı kişi meyiti aşkarlayıb. Onun Rusiya vətəndaşı Hamlet Asatryan bildirib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti