Fransa polisi 18 nəfəri girov götürən şəxsləri təqib edir - YENİLƏNİB

Fransa polisi 18 nəfəri girov götürən şəxsləri təqib edir - YENİLƏNİB
  13 İyul 2015    Oxunub:3281
Fransa paytaxtının yaxınlığında naməlum şəxslər 18 nəfəri girov götürüb.
AzVision.az “Le Parisien”ə istinadən xəbər verir.

Polisin məlumatına görə, hücum edən şəxslərin 3 nəfərdir, onlardan birinin tüfənglə silahlandığı bildirilir. Onlar Vilnev-la-Qaren şəhərindəki ticarət mərkəzində “Primark” mağazasının 18 əməkdaşını girov götürüblər.

Hadisə ticarət mərkəzində panikaya səbəb olub. İnsidentin yaşadığı əraziyə xüsusi təyinatlılar cəlb olunub. Polis hadisənin qarət məqsədilə törədildiyini ehtimal edir.

***

14:24

Fransa xüsusi təyinatlıları ticarət mərkəzində olan 18 nəfəri təxliyə edib. Fransanın `BFMTV` telekanalının yaydığı məlumata görə, azad olunan girovlar arasında yaralanan yoxdur. Lakin bir nəfər özünü pis hiss etdiyi üçün ona tibbi yardım göstərilib.

Hazırda xüsusi təyinatlılar ticarət mərkəzində gizlənən cinayətkarların aşkarlanması üzrə əməliyyatı davam etdirilər.

***
17:52

Fransa polisi `Primark` mağazasında 18 nəfəri girov götürən şəxsləri təqib edir. Hüquq-mühafizə orqanlarında olan mənbənin `Le Parisien`ə verdiyi məlumata görə, şübhəli şəxslər ticarət mərkəzini tərk edib və şəhərin mərkəzi istiqamətində gizlənib. Hazırda polis onları təqib edir.

Hadisə şahidlərinin sözlərinə görə, hər iki cinayətkar qara geyimdə olub. Hadisə şahidlərinin sözlərinə görə, onlardan birinin boyu 180 sm olub, digər şəxs isə ondan boyca balaca olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti