Həmsədrlər gələn həftə regiona gəlir

Həmsədrlər gələn həftə regiona gəlir
  13 İyul 2015    Oxunub:2247
ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcək.
AzVision.az-ın `News.am`-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fransanın ermənistandakı səfiri Jan-Fransua Şarpantye bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin ünvanlanan tənqidlərlə bağlı sualları cavablandıran səfir qeyd edib ki, həmsədrlər birgə işləyir və `hələ ki heç kim onların fəaliyyətinin lazımsız olduğunu etiraf etməyib`.

`Həmsədr ölkə kimi Fransa tərəfləri qane edəcək həll yolu tapmaq prinsipinə sadiqdir`, - Şarpantye vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti