Almaniya prezidenti qorxuya düşdü: `Bu, bəladır`

Almaniya prezidenti qorxuya düşdü: `Bu, bəladır`
  13 İyul 2015    Oxunub:2257
Almaniyanın Fraytal şəhərindəki irqçi aksiyalar artıq nəzarətdən çıxmaq üzrədir. Vəziyyətdən narahat olan Fraytal şəhərinin sakinləri hökumətdən sabitliyin bərpa olunması üçün addımlar atılmasını tələb ediblər.

Ötən həftə Fraytalda 300-dən çox qaçqının yaşadığı otelə basqın olub. Nümayişçilər təkrarən həmin əraziyə toplaşaraq “yerləşdirməyə yox” şüarı altında böyük bir etiraz aksiyasi keçiriblər. Demək olar ki, şəhərindəki nümayişlər yeni mərhələyə keçməyə başlayıb. Artıq hər gün Fraytalda etirazçılarla rastlaşmaq olur və vəziyyət kəskinləşib.

İrqi, dini və milli ayrı-seçkilik mövzusunda Almaniyada baş verən buna bənzər hallarla əlaqədar prezident Yoahim Gauk çıxış edərək, bu kimi hadisələri “xoşgələməz” və “bəla” adlandırıb. Almaniya prezidenti demokratik dəyərlərin, sülhün qorunub saxlanması üçün hər kəsə müraciət edib. “Mən ümid edirəm ki, qaçqınlara, gəlmələrə qarşı hücumlar qısa müddətdə bitəcək. İstənilən halda bu kimi olaylar arzuolunmazdır”,- deyə prezident bildirib.



Xatırladaq ki, bu il Saksen-Anhalt əyalətində qaçqınların yaşadığı evlərə hücumla bağlı 50-dən yuxarı hadisə qeydə alınıb. Maysen şəhərində isə yarım hətfə olar ki, naməlum şəxslər tərəfindən qaçqınlar üçün nəzərdə tutulmuş evə od vurulub yandırılıb, lakin xoşbəxtlikdən həmin evdə insan olmayıb.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti