Küçənin ortasında şərikini güllələdi - (Video 18 + )

Küçənin ortasında şərikini güllələdi - (Video 18 + )
  14 İyul 2015    Oxunub:7345
Türkiyədə hər kəsin önündə baş verən qətl hadisəsi bir həvəskar tərəfindən lentə alınıb.
AzVision.az xəbər verir ki, hadisə Bursa şəhərinin Topxana Meydanında baş verib.

Hadisənin təfərrüatları da bəlli olub. Belə ki, mebel fabriki açmağa hazırlaşan Rızayettin Serbest , fabrikin tikintisini yarıda qoyan Tacettin Başoralı danışığa çağırıb. R. Serbest T.Başoral ilə məsələni aydınlaşdırmaq üçün oğlu Erkan Serbestlə birlikdə Tophane Meydanına gəlir.

Mübahisənin sonunda tapançalar işə düşüb. Mübahisə başlayanda Erkan Serbest, Tacettin Başoralı ayaq nahiyəsindən yaralayır. İş adamı oğlunu yaralayanı hər kəsin gözü önündə güllələyir.

Başoral yaralı halda yerdə uzanaraq qanaxmanı dayandırmağa çalışır. Lakin bu zaman Rızayettin Serbest silahla ona yaxınlaşaraq yaxın məsafədən başına bir dəfə atəş açıb. İnşaatçı elə yerindəcə dünyasını dəyişir. Rızayettin bunun ardından öldürdüyü inşaatçıya yardım edən adama da atəş açsa da, güllə ondan yan keçir.

Artıq qətli törədən həbs edilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.




Teqlər:  





Xəbər lenti