`İranla razılıq tarixi səhvdir` - Netanyahu

`İranla razılıq tarixi səhvdir` - Netanyahu
  14 İyul 2015    Oxunub:2567
İsrail baş naziri Binaymin Netanyahu İranla "altılıq" ölkələri (BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya) nüvə proqramı ilə bağlı razılaşmanı tarixi miqyasa malik səhv adlandırıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Niderlandın xarici işlər naziri Bert Kunders ilə görüşü zamanı bildirib.

`Bu tarixi miqyasda səhvdir. İran nüvə silahı üçün birbaşa çıxış əldə edəcək. Hadisələrin bu cür inkişafının qarşısını alan bir sıra məhdudiyyətlər isə aradan qaldırılacaq ` - deyə, Netanyahu vurğulayıb.

Qeyd edək ki, Rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran nüvə proqramına dair bütün məsələlər, mövcud və potensial nizamlanmasını nəzərdə tutan yol xəritəsi imzalayıblar.

`Altılıq` ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) və İran nüvə məsələsinin nizamlanması üzrə birgə kompleks tədbirlər planı razılaşdırıb. Sənəd 17 səhifədən ibarətdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti