İrəvanda etirazlar yenidən qızışdı

İrəvanda etirazlar yenidən qızışdı
  15 İyul 2015    Oxunub:2743
Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox” vətəndaş hərəkatının fəalları İrəvanın iki mərkəzi küçəsinin kəsişməsində oturaq aksiya keçirir.

APA-nın news.am-a istinadən məlumata görə, etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.

“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.

Xatırladaq ki, iyunun 23-də İrəvan polisi “Talana yox” hərəkatının nümayişini dağıtmış, 237 nəfər, o cümlədən media nümayəndələri saxlanılmışdı.


Teqlər:  





Xəbər lenti