İrəvanda etirazçılar Sarkisyana ultimatum verdi

İrəvanda etirazçılar Sarkisyana ultimatum verdi
  16 İyul 2015    Oxunub:2463
İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı etiraz edənlər Ermənistan prezidenti Serj Sarksiyana ultimatum veriblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar elektrik enerjisi tariflərinin artımı haqqında qərarın avqustun 1-dək ləğv edilməsini tələb edirlər.

Narazı kütlə həmçinin iyunun 23-ü və iyulun 6-da keçirilmiş aksiyalarda nümayiş iştirakçıları və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını da istəyirlər.

Qeyd edək ki, iyunun 19-dan Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.


Teqlər:  





Xəbər lenti