Fransada bayram `sürprizi` - 721 maşın yandırıldı

Fransada bayram `sürprizi` - 721 maşın yandırıldı
  16 İyul 2015    Oxunub:2918
Fransada iyulun 14-ü qeyd olunan Bastiliya qalasının alınması günü xuliqanlar 721 avtomobili yandırıb.
Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi xəbər yayıb.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 603 nəfər saxlanılıb. İnsidentlərin böyük əksəriyyəti 13-ündən 14-nə keçən gecə baş verib. Fransa DİN-i qeyd edir ki, bu il ötən ilə müqayisədə yandırılan maşınların sayı 23%, saxlanılanların sayı isə 68% artıb.

Bayram şənliklərinin davam etdiyi 14 – 15 iyul tarixləri də daxil olmaqla, saxlanılan şəxslərin sayı 723-ə çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti