Almaniyada etiraz aksiyası: `Qatarları dəyişin!`
AzVision.az Almaniyanın “Die Welt“ qəzetinə istinadən verdiyi xəbərə görə, dəmir yolu ərazisində baş tutan etiraz aksiyasında iştirakçılarının başlıca tələbi bu olub ki, Dəmir Yolları Xidməti istifadəsi qadağan olunmuş vaqonları xəttdən çıxarsın.
Bəzi siyasi partiya liderləri də istifadəsi qadağan olunmuş vaqonların xəttlərdə qalmasını insanların sağlamlığı ilə oynmaq kimi qiymətləndiriblər.
Mütəxəssislər bildirirlər ki, hər dəfə qatarlar xəttə çıxmamışdan öncə texniki cəhətdən yoxlanmalı və aşkar olunmuş qüsurlar aradan qaldırlmalıdır, lakin bu qatarlarda çoxlu problemlər var.
Vaqonların texniki imkanlarının hazırkı standartlara cavab verməməsi, hədsiz bezdirici səs-küyün çıxması, monitorinq zamanı ciddi qüsurların aşkar olunması sərnişinləri daha da hiddətləndirib.
Fərrux Həsənov
AzVision.az