Əkrəm Əylisli: “Küçəyə çıxmağa qorxuram”
“Onun kitabları Azərbaycanın sayca ikinci böyük şəhərində yandırılıb. Həyat yoldaşı və oğlu işlərini itirib. Balaca bir qəsəbənin sakinləri isə onun etnik mənsubiyyətini aydınlaşdırmaq üçün qanını tökməyi təklif edib. Ölkə prezidenti onu “xalq yazıçısı” adından məhrum edib. Qəzəbli kütlə isə evinin qarşısında təhdidlər səsləndirib, onu ölkədən getməyə səsləyiblər.
75 yaşlı Əkrəm Əylislinin sözlərinə görə, onun “Daş yuxular” romanının çapından sonra yaşananlar yazıçının ədəbi fantaziyasından da zəngindir.
Kitab Sovet İttifaqanın son günlərində, Azərbaycanda etnik zəmində baş verən qarşıdurmalardan bəhs edir. Münaqişə zəminində və Dağlıq Qarabağ uğrunda mübarizədə hər iki tərəf 30 mindən çox qurban verib.
Kitabın rusca tərcüməsi “Drujba narodov” jurnalında dərc olunduğu gündən Əkrəm Əylislinin həyatı isə əsl cəhənnəmə çevrilib.
“Bu kitab millətlərarası nifrətin mənbəyini, səbəblərini daha humanist vasitələrlə araşdırmağa çalışır və prezidentin fərmanında ünvanına səsləndirilən xarakteristikalarla üst-üstə düşmür”,-deyə rusiyalı tənqidçi Leonid Baxnov deyib. Onun sözlərinə görə, bütün bunlar 1950-ci illərdə Nobel mükafatçısı Boris Pasternakın məruz qaldığı təzyiqləri xatırladır. Onda da “Doktor Jivaqo”dan bir cümlə belə oxumayan minlərlə insan onu kütləvi şəkildə ittiham etməyə məcbur ediliblər”.
Əylislinin sözlərinə görə, onun gömrük orqanlarında çalışan böyük oğlu Nəcəf edilən təzyiqlərdən sonra, istefa verməyə məcbur olub. Ertəsi gün həyat yoldaşı Qalina uzun illərdir çalışdığı kitabxananın müdiri vəzifəsini tərk etməli olub. ”Mən özümü Stalin represiyalarının qurbanı kimi hiss edirəm və açığı küçəyə çıxmağa da qorxuram”, deyə Əylisli bildirib.
Yazıda hüquq müdafiəçisi Leyla Yunusun da son olaylarla bağlı fikirlərinə yer verilib.