Mağazadan 350 manat oğurlayan kişi tutuldu

Mağazadan 350 manat oğurlayan kişi tutuldu
  13 Avqust 2016    Oxunub:1514
Bakıda mağazadan oğurluq edən şəxs tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Ağəli Muxtarovun mağazasından 350 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ruslan Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti