`Əslində Mehriban xanıma vəzifə verilməyib...` – Millət vəkili

`Əslində Mehriban xanıma vəzifə verilməyib...` – Millət vəkili
  22 Fevral 2017    Oxunub:2506
Sahib Alıyev birinci vitse-prezident təyinatının pərdəarxasını açıqlayır

“Baxıram, həm cəmiyyətdə, həm mediada, həm də sosial şəbəkədə əksəriyyət hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini alqışlayır, bunun dövlət idarəçiliyində öz müsbət təsirini göstərəcəyi fikrindədirlər. Elələri də var ki, bu təyinatın nə demək olduğunu anlayacaq səviyyədə deyillər. Çünki qərəzli olduqları qədər primitiv və primitiv olduqları qədər də qərəzlidirlər”.


Bu sözlər millət vəkili Sahib Alıyevə məxsusdur. O, bildirib ki, əslində bu təyinat vəzifə verilməsi deyil: “Hörmətli Mehriban Əliyevanın Birinci Xanım kimi bir Vəzifəsi vardır və onun öhdəsindən necə ləyaqətlə gəldiyini biz hamımız görürük. Birinci vitse-prezidentlik isə Mehiban xanım üçün vəzifə yox, Tapşırıq və Yükdür. Bu qarışıq dünyada ölkəmizdəki əmin-amanlığın daha da dayanıqlı olması, Azərbaycanın öz yoluyla bundan sonra da əminliklə irəliləməsinin təmin edilməsi üçün verilən Tapşırıq və çəkilməsi gərəkən Yük. Yəni bu elə bir vəzifədir ki, həmin vəzifə onu tapşıran və daşıyacaq Adamın özündən daha çox xalqa, ölkəyə və dövlətə lazımdır!

Cənab Prezident belə bir addım atmaqla, yəni öz sevimli Xanımına Birinci Vitse-prezidentlik kimi şərəfli olduğu qədər də çətin, böyük sorumluluq, enerji və vaxt tələb edən bir iş tapşırmaqla növbəti dəfə bu xalqın və dövlətin yolunda hər cür fədakarlığa getməyə hazır olduğunu ortaya qoydu. Bunu ancaq Heydər Əliyevin oğulu edə bilərdi!”


Teqlər:





Xəbər lenti