Milli Məclisdə "Halal otel" müzakirəsi: "Bu, nə deməkdir?"
O, bildirib ki, ilk növbədə ölkədə turistin kimliyi dəqiqləşdirilməlidir: “Dünyada baş verən proseslər hər kəsi narahat edir. Elə olur ki, 6-8 nəfər bir mənzildə yaşayır. Həmin mənzil sahibləri vergidən yayınmaq üçün turistlərin qeydiyyatını aparmır. Bura gələn kimlərdir, biz bunu bilməliyik”.
S.Novruzov bəzi elanlara diqqət çəkib: “Bəzən elanlara rast gəlirik: Halal otel. Bu, nə deməkdir? O biri otellər haramdır? Yəqin ki, turist cəlb etmək üçündür”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə S.Novruzova cavab olaraq deyib ki, burada ciddi narahatlıq yoxdur, çünki həmin turistlər Dövlət Sərhəd Xidmətindən keçir, Dövlət Miqrasiya İdarəsində qeydiyyata düşürlər.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis